PERP – Practical ERP

Şirkətlər üçün vahid həll


Müasir zamanda hər bir şirkətin öz daxili biznes proseslərini idarə etməsi üçün müəyyən proqram təminatlarına ehtiyacı var. Biz də PES şirkəti olaraq bunun üçün əksər müəssisələrin ehtiyacını ödəyə biləcək vahid proqram təminatı hazırladıq. Proqram təminatı PERP adlanır – Practical ERP.   Proqramı ERP (Enterprise Resourse Planing) adlandırmağımızın səbəbi kiçik və orta həcmli müəssisələrin resurslarının idarə edilməsi üçün həll təklif etməkdir. Təbii ki, dünyanın nəhənglərindən olan SAP, Microsoft Navision və digər proqramlar ilə özümüzü müqayisə etmirik.  Bu proqramlar daha böyük şirkətlər üçün nəzərdə tutulduğu üçün bizim kiçik şirkətlərə uyğunlaşdırılması çox cətin və qiymət olar da çox maliyyə tələb olur. Bu nəzərdən baxanda PERP proqramı sırf bizim yerli şirkətlər üçün daha uyğun və uğurla tətbiq oluna biləndir.

PERP  proqram təminatı təyinatına görə alt modullara bölünür, hər modul vahid informasiya bazası əsasında işləyir, yalnız funksionallığına görə fərqlənir. Proqram aşağıdakı modullardan ibarətdir:

  • HRM – Insan resurslarının idarəedilməsi modulu
  • CRM – Müştəri Əlaqələri idarəetməsi modulu
  • PPM  – İstehsal Proseslərinin idarəedilməsi modulu
  • WHM – Anbar idarəetmə modulu
  • PSM – Təchizat modulu
  • HPM – Əməkhaqqı modulu
  • DSM – Distributiv Satışın idarəedilməsi modulu
  • CSM – Xidmət modulu
  • DLR – Daşınma və Çatdırılma modulu
  • FAM – Kassa və Mühasibatlıq modulu
  • ARM – Ətraflı Hesabat modulu
  • PTM – Layihə və Tapşırıqların idarəedilməsi modulu
  • PERP mobile –  Satış və Sifariş üçün mobil modul

Həllərimiz bölməsində hər bir modulun qısa funksionalığı barəsində məlumat var. Əgər şirkətiniz üçün bu həll maraqlıdırsa, biz sizin suallarınızı daha ətraflı cavablandıra bilərik.