ISRAFF – istifadə qaydası

İstifadədən öncə bunu oxumanızda fayda var.


İSRAFF proqramından istifadə etmək üçün ilk növbədə  www.israff.com ünvanına daxil olmaq lazımdır.  Proqramın mobil versiyasını  Google Play Store -dan yükləyə bilərsiniz. Onu da qeyd edək ki, proqram https üzərindən işlədiyi üçün ötürülmə zamanı informasiya təhlükəsizliyi təmin olunur.

İsraff.com-a daxil olduqdan sonra aşağıdakı informasiyaları daxil etməklə qeydiyyatdan keçə bilərsiniz:

  • Adınız Soyadınız
  • Email ünvanı
  • Şifrə

Əgər Facebook hesabınız varsa, qeydiyyatsız olaraq öz facebook hesabınız ilə daxil ola bilərsiniz. Mobil proqramda da eyni ilə həm facebook hesabınız ilə həm də email ünvanınız ilə qeydiyyatdan keçə bilərsiniz.

Hesabınıza daxil olduqdan sonra ilk olaraq hesablarınızı və hal-hazırda olan balansı daxil etməlisiniz.  Bunun üçün Hesablar bölməsinə daxil olun. Siyahıda Pul qabı hesabı artıq mövcuddur. Pul qabı sətrinin üzərinə click edərək sol tərəfdə yaranan menyuda məbləği dəyişib pul qabınızda (wallet) olan real məbləği daxil edin.  Əgər sizin bank hesabınız, depozitiniz varsa buraya daxil edə bilərsiniz. Hesabların 3 tipi var:

  • Nəğd pul
  • Plastik kart
  • Deposit

Hesabınıza daxil etdiyiniz məbləğin valyutasını da seçə bilərsiniz. Hal – hazırda sistemdə aşağıdakı seçim imkanları var:

  • AZN
  • USD
  • EUR
  • TRY
  • RUB

Aparılan əməliyyatlatda seçilmiş valyutanın məzənnəsi Milli Bankın cari kursu ilə hesabın məzənnəsinə konvertasiya olunur.  Siz daxil olanda ilkin səhifədə bu günə olan valyuta məzənnələrini görə bilərsiniz.

Xərclərinizi daxil etmək üçün Xərclər bölməsinə daxil olun. Soldakı formada:

  • Xərcin kateqoriyasını
  • Xərcin məbləğini
  • Xərc haqqında qeyd

daxil etməklə xərci daxil edə bilərsiniz. Daxil edilən xərc Pul qabı hesabında AZN olaraq çıxılacaq.

Daha ətraflı formada xərclərinizi daxil etmək üçün həmin formada Ətraflı informasiya-nın üzərinə click edin. Forma genişlənəcək və açılan formada daha ətraflı formada:

  • Xərcin valyutası
  • Hesabı
  • Xərcin kimə xərcləndiyi
  • Xərcin zərurət dərəcəsi
  • Xərcləndiyi tarixi

informasiyalarını  daxil edə bilərsiniz.

Siz ailə xərclərinizi kimə xərcləndiyini üzrə qruplaşdıra bilərsiniz. Buna uşaqlarınız, yoldaşınız, valideynləriniz və s. aid ola bilər. Bu cür nişanlama sizə  sonradan xərclərin kimə xərclənməsi üzrə analiz aparmağa imkan verəcək.

Xərclərin vaciblik dərəcəsinə görə nişanlanması isə sizə analiz etməyə imkan verir ki, sizin aylıq minimum ehtiyacınız nə qədərdir. Siz xərclərdiyiniz məbləğin zərurilik dərəcəsini qeyd edirsiniz. Susmaya görə bütün xərclər Normal olaraq qeyd edilir.

Aparılan xərc əməliyyatı zamanı xərcin məbləği xərcin aparıldığı hesabdan çıxılır. Yəni siz pul qabınızdan hər hansı bir xərc etdikdə, sistem pul qabınızda olan qalıq məbləği hesablayır  və siz hesaba baxdığınız zaman bu məbləği görürsünüz.