İSRAFF etmək

Bir proqram sizə pulunuzu qənaət etməyə necə kömək edə bilər?


israfflogo        İndiki zamanda hər bir kəsi gəlirini hara xərclədiyi narahat edir. Hər bir şəxsin öz xərclərini nəzarətdə saxlamağa ehtiyacı var. Nə qədər qazanmağınızdan asılı olmayaraq xərcləriniz gəlirinizdən çoxdursa, bu vəziyyətin bir müddət davam etməsi gələcəkdə sizə ciddi maliyyə problemləri yarada bilər. Xoşbəxt yaşamağın əsas faktorlarından biri hesab edilən maliyyə azadlığı (financial independence) üçün ilk öncə sizə aylıq və illik nə qədər məbləğ lazım olduğunu təyin etməlisiniz.

Bütün bu yuxarıda yazılanları nəzərə alaraq biz İSRAFF proqram təminatını hazırladıq. Bu proqram istifadəçiyə öz hesablarını, xərc və gəlirlərini, pul köçürmələrini izləməsinə şərait yaradır.

Proqrama israff.com ünvanından daxil ola bilərsiniz.

Proqram təminatı həm mobil avadanlıq, həm də veb brauzer üzərindən istifadə edilə bilər.Proqramın həm mobil həm də veb brauzer üçün olan versiyası olması onun üçündür ki, xərclərin həmin anda daxil edilməsi üçün mobil avadanlıq əlverişlidir, sonra xərclərin detallarının daxil edilməsi, xərclərin müəyyən parametrlər üzrə statistikası, ətraflı analiz edilməsi üçün brauzer daha uyğundur.  Bu prosesi təmin etmək üçün mobil versiya və brauzer üçün olan verisiya öz aralarında asinxron sinxronizasiya məntiqi ilə işləyir. Siz mobil telefonunuza xərc daxil etmək üçün mobil telefonda mobil şəbəkənin və ya internetin olmasına ehtiyac yoxdur.  Sizin daxil etdiyiniz informasiya serverə göndərilə bilmədiyi halda növbəti əməliyyat zamanı bu informasıya serverə göndərilir və serverdə edilmiş son dəyişikliklər isə mobil avadanlığa göndərilir.

Bu proqram haqqında ilkin səhv təssəvür yarana bilməsini ehtimal edərək, bildirmək istəyirik ki, bu proqram sizin bank hesablarınızla, plastik kartlarınızla əməliyyat aparmır və əməliyyat aparması imkanına malik deyil. Yalnız sizin daxil etdiyiniz informasiya əsasında xərclərinizi və hesabınızda qalan qalığı təyin edir.

Hər bir şəxs proqramın beta versiyasını pulsuz olaraq köçürüb istifadə edə bilər.